Yeni Dünyaya Qapılar Açılır layihəsinin rəhbəri Pərvanə İsmayılova.

“Həyat səni dəyişməsin! Sən həyatını dəyiş!” P.İ.

Bir il bundan əvvəl ailəsində yaşadığı stress və faciə bu qadını həyatını 180 dərəcə dəyişdi. Güclü xarakter və daxili istəyi Pərvanə xanıma sınmamağa və üzərinə çökmüş qaraltı, həmçinin problemlərdən qaçmağa kömək etdi.

Özünün dediyi kimi, uçurumun kənarındaykən Yeni Dünyanı kəşf etdi və bununlada həyatını dəyişdi. Yeni biliklər, Kainatın sirrlərini öyrənməyə başladı. Həyatını məhz bu yolda davam etmək və yalnız uğura doğru irəliləməyi qərara aldı.

Əlbəttə, bu səviyyəyə çatmaqda ona, günlərlə istirahətsiz mütaliə etmək, oxumaq, analiz aparmaq, nəticə çıxarmaq, bütün öyrəndiklərini öz həyatında tədbiq etmək, müxtəlif texnikalardan istifadə etmək,  həmçinin online dərslər çox kömək oldu. Problemləri adi kağız kimi qatlayaraq kənara qoymağı bacardı. İki azyazşlı uşaqla, üstəlik üst-üstə yığılmış və həll edilməsi çətin olan problemlərlə bərabər bu yolda yürüməyə başlayan Pərvanə İsmayılovaya daxili potensialı  kömək etdi. Hər birinizin daxilinizdə üzə çıxmayan potensialınız var. Onu mütləq tapın və heç kimdən çəkinmədən, qorxmadan istifadə edin.

 

Məşhur trenerlərdən dərs alan və xüsusi kurslar keçən P.İsmayılova artıq ona müraciət edənlərə özü də yardımçı olur. Qazandığı uğurlara görə nəyə minnətdar olduğunu təmənnasız olaraq dost və tanışlara anlatan Pərvanə xanımla tanış olaraq seminarlara qatılanların sayı çoxalır. Məhz buna görə bu proyekti ərsəyə gətirmək planını irəli sürdü.

Bu proyekt Yeni Dünyanın qapılarını açmaq istəyən və eləcə də

Bakıdan kənarda yaşayan və problemlərdən qurtularaq rifaha qovuşmaq istəyən insanlarçün nəzərdə tutulub.

İlk dəfə olaraq Azərbaycanda bu sahə üzrə rəsmi olaraq sayt yaradılıb və seminarlardan ibarət səsyazmalar hazırlanıb.  O, artıq nəinki sadə insanlara, hətta müxətlif şirkətlərə, təşkilatlara arzuolunan nəticlər əldə etməyə yardımçı olacaq. Londonda Life Success Thinking Into Results Programı-nın bitirən Pərvanə xanımın plan və arzuları çoxdur. Ən böyük arzusu insanlara daha çox yardım etməkdir. Xüsusilə də qadınlarımızı həmişə xoşbəxt və özlərinə əmin görməkdir!

Pərvanə xanım, yanına gələnlərlə saatlara söhbət edir və Kainatın sirrlərini və işləmə qanunlarını başa salır. Hələ də fal və caduya inanılan bir cəmiyyətdə insanlara, elmə və öz daxili gücünə əsaslanaraq həyatını yaxşıya doğru dəyişməyin mümkün olduğunu  anlatmaq çox çətindir. Amma bu çətinliklərə baxmayaraq artıq Pərvanə xanımın kifayət qədər dinləyicisi var. Onun məsləhətlərinə qulaq asaraq həyatlarında müxtəlif dəyişikliklər edən xanımlarımız çoxdur.

Onun sözlərinə görə: İnsanın ən yaxın dostu və ən qorxulu düşməni özüdür. Allah insanı xüsusi olaraq yaradıb və ona həyatını xoşbəxt yaşamaqçün xüsusi bacarıqlar verib. Bunu dərk etməyən insan daim problem burulğanında çabalayır. Dərk edən insan isə, heç bir maneələrə əhəmiyyət vermədən, geriyə baxmadan, inadla və inamla tunelin sonundakı işığa doğru irəliləyər…