Daxilimizdəki uşaqla yəni, ruhumuzla görüş.

Hər birimizin içində – ürəyində körpə uşaq yaşayır. Bu bizik 3-5 yaşlarında. Bu körpə uşağın bizim dəstəyimizə, qayğımıza və sevgimizə ehtiyacı var.

Bu meditasiyanın köməyilə biz özümüzü sevməyi öyrənəciyik. Daxilimizdəki uşağın şəfa tapması xoşbəxt və uğurlu həyata atacağımız vacib addımdır. Əgər siz yalnızsınızsa və başqa insanlarla yaxınlıq qura bilmirsinizsə, demək ki, siz daxilinizdəki uşağı qəbul etməmisiniz. Sizin daxilinizdə uşaq, yeniyetmə və böyük insan yaşayır. Əgər öz daxilinizdəki hər üç yaş dövrünü sevə bilməmisinizsə, onda başqalarının sizi sevməyi çətin olacaq.

Fərqi yoxdur sizin hal-hazırda neçə yaşınız var. Sizin içinizdə onu başa düşməyinizə, qorumağınıza və sevginizə ehtiyacı olan körpə var. Siz bütün bunları o körpəyə verə bilərsiz.

Əgər sizin valideynləriniz sizi daim danlayıblarsa, daxilinizdəki valideyn hələdə daxilinizdəki körpəni danlamağa və tənqid etməyə davam edir. Əgər valideynləriniz sizə qarşı tələbkar olublarsa, deməli, daxilinizdəki körpə hələ də qorxur və beyninə yeridilən qaydalara əməl edir. Qorxur ki, nə isə düz etməsə onu yenə danlayacaqlar. Insanlar özləri böyüdükdən sonra ya daxilindəki körpəni qəbul etmirlər, ya da özləri də o körpəni daim incidirlər.

Bu qəddar dairəni pozun və bu körpəni – öz ruhunuzu şəfaya qovuşdurun.

Valideynlərinizin sizə qarşı necə olmağını istəyirdinizsə, özünüz o körpə üçün məhz o cür valideyn olun. Ona sevgi verin, qayğı göstərin, daim qoruyun və həmişə başa düşün.

Həqiqi valideynlərinizi sizə etdiklərinə görə günahlandırmayın. Onları bağışlayın. Çünki, onlarda öz valideynlırinin və həyatda gördükləri çətinliklərin qurbanıdılar. Onların da içində qorxmuş və sevgiyə ehtiyacı olan uşaq var və ya olub. Əgər onları bağışlamasanız özünüz şəfa tapa bilməyəcəksiniz. Nə qədər ki, ürəyinizdə inciklik, kin və ya nifrət qalıb, heç vaxt xoşbəxt ola bilməyəksiniz.

Elə indi meditasiyaya başlayın. Hər gün daxilinizdəki körpəylə görüşün və danışın. Bir – iki aydan sonra rahatlıq, xoşbəxtlik, sakitlik tapacaqsınız. Özünüzə daha çox güvənəcəksiniz və özünüzü sevəcəksiniz.

  1. Uşaqlıq şəkillərinizi tapın və onlara diqqətlə baxın. Necə görünürsünüz? Xoşbəxtsiniz yoxsa yox?! Şəkillə kontakt yaradın. Soruşun: Niyə qəmginsən? Niyə gülmürsən? Nədən qorxursan? Bütün şəkillərdəki uşaqla danışın. Onu nə qədər sevdiyinizi deyin. Necə gözəl və yaraşıqlı olduğunu deyin. Qoyun o sevildiyini, qorunduğunu hiss etsin.
  2. Sakit bir yerdə uzanın gözlərinizi yumun. Və uşaqlığınızı təsəvvür edin. Əgər bunu birinci dəfə edirsinizsə, ola bilsin ilk dəfədən alınmasın. Siz təslim olmayın. Alınana qədər cəhd edin. Ona deyin ki, onu görmək, onunla danışmaq istəyirsiniz.

Bu illər ərzində onun varlığından xəbərsiz olduğunuzçün, ona məhəl qoymadığınızçün, onu incitdiyiniz və başqalarına da onu incitməyə icazə verdiyinizçün ondan üzr istəyin. Ona itirilmiş vaxtı bərpa etmək və onu xoşbəxt etmək istədiyinizi deyin. Soruşun ona xoşbəxt olmağı üçün nə lazımdır?

  1. Uşağa istədiyini siz verin. Uşaqlıqda yaşamaq istədiklərini ona indi yaşadın. Valideynlırinizdən eşitmək istədiyiniz gözəl sözləri özünüz ona deyin. Məsələn: Sən dünyanın ən gözəl, ən istəkli, ən mükəmməl, ən ağıllı balalısan. Onunla birlikdə əylənin. Uşaqlıqda oynamaq istədiyi, sevdiyi oyunları onunla birlikdə oynayın. Gəzmək istədiyi yerləri gəzdirin. Valideynlərinizdən görmək istədiyiniz hər şeyi bu balaca körpəyə siz yaşadın. Bunu bir ay ərzində hər gün edin və görəcəksiniz ki, həyatınızda əhəmiyyətli dəyişikliklər baş verir.
  2. Sizi incidən, qəlbinizi sındıran insanları bağışlayın. Bütün pis xatirələri yaddaşınızdan silin. Artıq kimlərisə günahlandırmaqdan əl çəkin. Və həyatınızı özünüz idarə edin.

Şüur – anadır. Şüur altı isə daxilimizdəki körpədir.

Ana qərar verməlidir, bu körpənin varlığını qəbul edir, onunqayğısına qalır, yoxsa imtina edir. Təsəvvür edin ki, ana dərk etdiyimiz düşüncələrimizdir, uşaq isə yaddaşımızdır. Dünyaya gəldiyimiz gündən bu günə kimi yığılan və toplanan yaşadıqlarımızın, keçirdiyimiz hisslərin toplusu. Bu körpədə bütün xatirələr toplanıb. Bütün yük onun üzərindədir. Əgər siz depressiyadasınızsa, problemli həyat yaşayırsınızsa, bu uşaqda toplanmış informasiyaların nəticəsidir. Bizimçün çox vacibdir ki, bu əlaqə yaransın.  Biz daxilimizdəki uşaqla əlaqə yarada bilsək, ondan yaddaşını təmizləməyi – bütün xatirələri, blokları, kodları silməyi xahiş etsək və buna nail olsaq, biz bu zaman bütün problemlərdən qurtulub daxili rahatlıq tapa bilərik. Bu çox vacibdir.

Əgər siz onu dilə tuta bilsəniz, yaddaşını tamamilə silə bilsəniz, daha doğrusu o özü silməlidir. Siz sıfır vəziyyətini alacaqsınız və bundan sonra yeni, ağ səhifədən həyatınıza başlaya bilərsiniz. Dünyanın ən vacib əlaqəsi anayla uşağın əlaqəsidir. Yəni süurla süuraltının əlaqəsi. Əyər sizə iş həyatınızda həmkar lazımıdrsa, inanınkı ən gərəkli həmkar daxilinizdəki uşaqdır.