Insan öz həyatını özü çətinləşdirir. Problemlərlə yaşamağa davam etdikcə, artıq belə həyata alışır və problemi olmasa belə özü axtarıb tapır. Həyatın gözəlliklərini görmək əvəzinə, yaşamaqdan zövq almaq əvəzinə, pessimizmə qapılır. Daim həyatdan və insanlardan şikayət edir. Başqalarından aslı yaşayır, qərarsızlığının köləsinə çevrilir. Ya ömrünü mübarizə aparmağa  sərf edir, ya da taleyinə boyun əyir. Ən dəhşətlisi, özünə müxtəlif bəhanələrlə haqq qazandırır.

Bir düşünün… layiq olduğunuz həyat budurmu?!

Vaxtınızı ətrafdakı insanları dəyişməyə və ya mübarizə aparmağa sərf etməyin! Bu vaxt itkisindən başqa bir şey deyil. Siz özünüzü dəyişin!

Başqalarından kömək gözləməyin! Bu sizə məyusluqdan başqa bir şey verməyəcək!

Yaxşılıq etdiyiniz insanlardan qarşılıq gözləməyin! Qazancınız yalnız ruh düşkünlüyü, inciklik, dərd, nifrət, kin, göz yaşları, depressiya və ya digər şikayətlər olacaq.

İçinizdə neqativ hisslər bəsləməklə ilk növbədə özünüzə ziyan verəcəksiniz.

Düşdüyünüz hər hansı bir vəziyyətdən sizi yalnız “SİZ” çıxara bilərsiniz.

Düşüncələrinizi dəyişin! Həyat tərzinizi dəyişin! Gücünüzə inanın!        Özünüzə dəyər verin! Həyat sizindir! Həyatınıza sahib çıxın!