Yeni obraz yaratmaqla həyat tərzimizi dəyişək.

Bəzi insanlar illər ərzində alışdıqları həyatı dəyişməyə qorxurlar. Və ya tənbəllik edirlər. Özlərinə komfort zonası yaradırlar və zombi kimi yaşamağa davam edirlər. Yalnız ciddi problemlər yarandıqda bir az etiraz edirlər və yenə də özlərini aldadaraq keçmişlə yaşamağı daha üstün tuturlar.

Bunun əsas səbəbi insanlarda özünə güvən və özünü qiymətləndirmə kimi vacib xüsusiyyətlərin formalaşmamasıdır. Bu cür insanlar özlərini aldatmaqla yanaşı başqalarının da həyatına təsir edirlər və beləliklə də bu prinsipi zəncirvari şəkildə nəsildən nəslə ötürürlər. Belə insanlar problemlə yaşamağa o qədər alışırlar ki, əsl həyatın məhz bu olduğuna inanırlar. Inandıqları kimi də yaşayırlar. Çünki, insanın reallığı onun inandıqlarıdır.

Bəzi insanlar isə, özlərinə dəyər verirlər. Və artıq şüurlu şəkildə dərk edirlər ki,  onların layiq olduğu həyat bu deyil. Bu cür yaşamaqdan beziblər – xəstəlikdən, qururlarının daim taptanmağından, alçalmaqdan, əsarətdən, pulsuzluqdan, hər gün eyni şeyləri yaşamaqdan və s. müxtəlif problemlərdən.

Daha yaxşı həyat istəyillər, xoşbəxt yaşamaq istəyillər. Özləri həyatda nəyəsə nail olmaq istəyillər. Əlbəttə ki, bu hər bir insanın haqqıdır.

Artıq sübut olunub ki, insanın həyatını onun şüuraltındakı proqramları idarə edir.

Bunu dərk edən insan qaranlıq tuneldən çıxmağa, paradiqmalarını dəyişməyə və həyatının geri qalan hissəsini daha gözəl yaşamağa qərar verər.

Bununçün insan öz üzərinə 100% məsuliyyət götürməli, şüur altı proqramlarını dəyişməyə, alışdığı komfort zonasından çıxmağa və yeni həyat səviyyəsinə keçməyə qərar verməlidir. Yalnız bundan sonra tunelin sonundakı işığı görə bilər. Və heç bir halda geriyə baxmadan, yalnız işığa doğru gedər. Yalnız bu zaman xoşbəxtlik, pul, sevgi, gözəllik, rifah, var-dövlət, sağlamlıq, səyahət, uğurlu iş və s.- istədiyi hər şeyi həyatdan alar.Ona əl çatmaz görünən bütün arzularına çatar.

Əgər buna hazırsınızsa video çarxın altındakı linkə basın və üzv olun və ya telefon nomrələri ilə əlaqə saxlayaraq canlı seminarlara yazılın. Və bütün sirrləri əldə edin.