Yeni dünyaya qapılar açılır!!!Siz də dəvətlisiniz!!!

Hər şey sizin əlinizdədir…

Problemsiz, xoşbəxt həyat və ya stress, depressiya, pulsuzluq!!!

Seçim sizindir!

Salam. Yeni Dünyaya açılan Qapılara xoş gəlmişsiniz! Hər birinizi salamlayıram! Düzgün seçim etdiyiniz üçün sizi təbrik edirəm! Yəqin ki, çoxunuza maraqlıdır Yeni dünyaya açılan qapılar nə deməkdir?

Sizinçün bir-birindən maraqlı və dəyərli vedio çarxlar hazırlamışıq. Bu video çarxlarda biz sizinlə YENİ DÜNYA kəşf edəcəyik. Həyatı başqa bir anlamda dərk edəcəyik. Yeni dünyanın qapılarını birlikdə açacayıq.

Əyər məni dinləməyə qərar vermisinizsə demək ki, hər birinizin kifayət qədər sıxıntıları var və çıxış yolu axtarırısınız.

Xatırladım ki, bütün bunlar sizinçündür. Siz bunları öz həyatınızı yaxşıya doğru dəyişməkçün öyrənirsiniz. Mənimçün, qonşu üçün və ya başqa bir insançün deyil.

Elə isə vaxt itirmədən başlayaq.

“Həyat” və “Yaşamaq” adi və sadə səslənən sözlərdir – “Həyat” və “Yaşamaq”….

Bəs özümüzə sual versək….?

– Biz həyatımızı yaşayırıq?      Və yaxud

– Biz həyatımızı necə yaşayırıq?

Həyat nədir?

Biz niyə yaşayırıq?

Və yaxud yaşayırıqmı?!

Bu suallara cavab verə bilərik. Əlbəttə hərə öz intellektinə uyğun cavablar tapacaq.

Bəs həyatımızdan razıyıq mı? Arzuladığımız həyat budurmu? Taleyimizlə barışıb özümüzü aldatmırıq ki?!

Başqalarına görə, plan üzrə yaşamırıq ki? Yəni publika üçün…. Səhnədə rolumuzu alıb güclü aktyorluq qabiliyyətimizi göstərib, səhnə arxasında iztirab çəkmirik ki?

Cavab: Biz həyatımızı yaşamırıq!!! Robot kimi gündəlik proqram üzrə günlərimizi keçiririk. Halbu ki, həyat çox qısadır.

Axı həyat çox qısadı….ömür çox qısadı.

Əyər bunu hələ də dərk etməmisinizsə, sizə şirin yuxular. Zombi həyatınıza davam!

Yox əyər dərk etmisinizsə onda Yeni Dünyaya açılan qapılara xoş gəlmisiniz!!!

Biz sizinlə birlikdə nələri öyrənəcəyik? Gəlin baxaq.

 

  1. Problemlər və birdəfəlik qurtulmağın yolları
  2. Depressiyadan çıxmağı və daxili hüzur tapmağı
  3. Bizi və yaddaşımızı narahat edən bütün pis xatirələri unutmağı
  4. Ürəyimiz istədiyi kimi yaşamağı
  5. Xoşbəxt ailə həyatı qurmağı
  6. Həyatda məqsədimizi tapmağı
  7. Yeni HƏYAT səviyyəsinə keçməyi
  8. Yalnız istədiyimiz nəticələri eldə etməyi
  9. Özümüzə dəyər verməyi
  10. Bağışlamağı
  11. Şükr etməyi
  12. Düşüncələrimizi idarə etməyi
  13. Özümüzə və kainata güvənməyi
  14. Paxıllıq, nifrət və s. pis vərdişləri tərgitməyi
  15. Varlı olmağın sirrlərini və s.