Travmaları, pis xatirələri, kodları, blokları və qurğularışüur altından necə temizləyək? Hoo`ponopono

Şüur altı travmalar, xatirələr, kodlar, bloklar və həyatımıza təsirləri barədə əvvəlki video çarxlarda sizə məlumat vermişəm. Artıq bilirsiniz ki, hal-hazırkı reallığımızı yaratmaqda və daha çox problemlər və depressiya yaşamaqda bu travmaların, xatirələrin, kodların, blokların  necə böyük rolu var. Bunun tək əlacı şüur altınızı təmizləməkdir. Bunun bir neçə yolu var. Onlardan biri də sirrli Havay sistemi olan “Hoo`ponopono” dur.

“Hoo` ponopono”  dünyanızı dəyişməkdə sizə kömək edəcək qədim və gizli Havay sistemidir. Bu sistem insana sevməyi, bağışlamağı, şükr etməyi, keçmişini təmizləməklə daxili hüzur tapmağı və xoşbəxt, qayğısız yaşamağı öyrədir.

Tərcüməsi “səhfini düzəltmək” və “hər şeyi düzgün etmək” deməkdir.

“Hooponopono”nın müassir variantı  Nalamaku Simeona tərəfindən yaranıb. Dünyaya isə, onun şagirdi İxaliakala Xyu Len və “Hüdudsuz həyat” kitabının müəllifi Co Vitale tərəfindən yayılıb.

“Dünya məndən başlayır”- “Hoo`ponopono”nın açar sözüdür.

Burada insanın düşüncələriylə həyatını yaratmağından danışılır.

4 əsas frazası və meditasiyaları vasitəsilə insanlara problemlərdən xilas olmağa, daxili rahatlıq tapmağa, şüur altını təmizləyərək sıfır vəziyyətdə olmaq və yalnız bundan sonra ağ vərəqdən yeni həyata başlamağı öyrədir.

Bu 4 sehirli sözlər necədir?

– Xahiş edirəm məni bağışla

– Mən çox təəssüf edirəm

– Səni sevirəm

– Təşəkkür edirəm

Bu sehirli sözlər konkret bir şəxsə deyil bizi yaradana – Allaha ünvanlanır. Və beləliklə, insan problemlərdən azad olur və daxilən təmizlənir.

Ən vacib meditasiya daxilimizdəki uşaqla (ruhumuzla) görüşdür. Meditasiya zamanı insan uşaqlığına qayıdır (6-7 yaşlarına), öz uşaqlığıyla əlaqə yaradır və bu yolla şüur altı yaddaşını təmizləyir, depressiyadan çıxır və həqiqətən daxili hüzur tapır. Həyata və insanlara münasibəti dəyişir. Özünü sevməyə başlayır. Həyatı sevməyə başlayır.

Meditasiyanı azərbaycan dilində əldə etmək üçün video çarxın altındakı sayta daxil olmaqla üzv olun və ya telefon nömrələrilə əlaqə saxlayaraq canlı seminarlara yazılın.

“Hoo`ponopono” nın əsas prinsipi ondan ibarətdir ki, insan öz üzərinə 100% öhtəlik və məsuliyyət götürməlidir ki, o həqiqətən bütün problemlərini öz düşüncələri vasitəsilə yaradıb. Hətta ətrafındakı insanları belə həyatına düşüncələri vasitəsilə gətirib. Insan şüurlu şəkildə qərar verərsə ki, bütün baş verənlərin günahkarı və səbəbkarı məhz o özüdür, ətrafda günahkar axtarmaqdan əl çəkərsə, bundan sonra meditasiyalar, 4 sehirli fraza və instrumentlər vasitəsilə təmizlənər və yeni həyata başlayar. Bu zaman özünə daha gözəl və xoşbəxt həyat yaratmış olar və bütün problemlərdən birdəfəlik qurtular.

4 frazanın mənası nədir:

– Təəssüf edirəm – bu ona görə deyilir ki, biz şüurlu şəkildə qəbul edirik ki, həyatımızdakı bütün problemləriözümüz öz düşüncələrimizlə yaratmışıq.

– Məni bağışla – bunu bilmədən etdiyimizçün üzr istəyirik.

– Səni sevirəm – bununla biz, problemdəki neqativi azaldaraq, onu pozitivlə əvəz edirik.

– Təşəkkür edirəm – bu sozləri isə problemlərdən azad olmaqda  bizə kömək etdiyi üçün deyirik.

Hər gün bu frazaların dördünü də demək çətin olarsa, əsas iki frazanı demək kifayət edər.

Səni Sevirəm!

Təşəkkür edirəm!