Problem nədir və problemlərdən necə qurtulmalıyıq???

Salam. Yeni Dünyaya açılan Qapılara xoş gəlmişsiniz! Hər birinizi salamlayıram! Düzgün seçim etdiyiniz üçün sizi təbrik edirəm!

Hər kəs xoşbəxt, qayğısız, sevgi dolu, hüzurlu, problemsiz, xəstəliksiz bir həyat arzulayır. Hər kəs Pul arzulayır. Hamı varlı olmaq istəyir. Niyə də yox?

Amma problemlər bitmir, xəstliklər baş alıb gedir, xəyanət artıq adi həyat tərzinə çevrilib, insanlar zombiləşib, robot kimi hər günümüz təkrar bir proqram üzrə qurulur və yaşanır. Hətta arzuladığımız bir şeyi əldə edirik-ev, maşın, ailə, övlad, geyim və yaxud başqa bir ötəri həvəs, amma bu xoşbəxtlik də uzun sürmür. Olmur!!! Alınmır!!! Bu istəklərini əldə etmədikdə insanlar nə edir? Hər kəs özünə uyğun şəkildə etirazını bildirir.

Axı niyə??? Mən bu qədər əziyyət çəkirəm və yaxud bu qədər Allaha yalvarıram…. bəs niyə??? Niyə problemlər bitmir? Niyə xəstəliklər sağalmır? Niyə sevdiyimiz insanlar bizi arxadan vurur? Niyə pul yoxdur??? Niyə? Niyə? Niyə?

Niyələrə cavab tapmayanda kimisi Allahı günahlandırır, kimisi ətrafdakı insanları, kimisi dövləti-hakimiyyəti…

Hər kəs günahkar axtarır. Nəticədə depressiya, göz yaşları, ürək sıxıntısı, içkiyə qurşanmaq və hətta özünə qəsd.

 

Elə insanlar da var ki, o qədər alışır ki, artıq hər şeyi adi həyat tərzi kimi qəbul edir. Zombiləşmiş insanlar…Özünə konfort zonası düzəldir və ordan çıxmağa ya qorxur-risk etmir ya da tənbəllik edir.

Yaxşı bəs əsl gunahkar kimdir? Bəs bütün bunlara səbəb nədir?

 

Cavab verirəm:

 

Nəsildən, kökdən, əsrlərdən gələn, beynimizə, canımıza hətta qanımıza yeridilən düzgün olmayan tərbiyə sistemi, həyat prinsipləri və uşaqlıqdan taaa bu günümüzə qədər yığılan travmalar – süuraltı zədələr, xatirələr, bloklar, informasiyalar və bizi idarə edən düşüncələrimiz!

Bəs bunların əlacı var mı???

Xoşbəxtlikdən var!

 

Şükürlər olsun ki, artıq elmi cəhətdən də sübut olundu ki, insanın həyatını formalaşdıran onun düşüncə gücüdür. Yəni biz real həyatımızı düşüncələrimiz vasitəsilə yaradırıq. Bu ilk dəfə eşidiləndə insana bir az gülməli, bir az qeyri-real, məntiqsiz gələ bilər.

Ancaq, alimlər və elmi sübutlar bunu təsdiqləyir.

Baxın dünyanın ən inkişaf etmiş dövlətlərinə gedən hər hansı bir xəstəlikdən əziyyət çəkən insana müalicə, pəhriz yazmaqla yanaşı ən əsas və ən vacib nə tapşırırlar? Ruh yüksəkliyi! Və bunu savadlı, təhsilli, illərin təcrübəsini qazanmış həkimlər, professorlar deyirlər. Ruh yüksəkliyi hardan gəlir?

– Düşüncələrdən. Emosiyalarımız düşüncələrimiz nəticəsində yaranır.

Və yaxud daha sadə yolla – öz həyat təcrübələrinizi işə salsanız görərsiniz ki, düşüncələr nələrə qadirdir. Deyək ki, nə vaxtsa ağlınızdan keçən ani bir fikir, bir arzu, qorxularınız, nə vaxtsa eşitdiyiniz və ya gördüyünüz bir hadisə və yaxud da bir şeyi həddindən çox istəyirsinizsə, onu daha çox fikirləşirsinizsə və buna içdən inanırsınızsa müəyyən bir vaxt keçdikdən sonra həmin şeylər sizin həyatınızda baş verir.

Nənələrimizdən, analarımızdan tez-tez eşitdiyimiz məsəllər, sitatlar, atalar sözləri  artıq bizim də həyatımızda da özünü göstərməyə başlayır.

Bu kimi başqa misallar elmi cəhətdən sübuta ehtiyacı olmayan bizim şəxsi təcrübələrimizin nəticələridir. Şəxsi sübutlarımız…

Bəs daha nəyi gözləyirik?

Niyə həyatımızı yaxşıya doğru dəyişmirik?

Niyə problemlərdən uzaqlaşmırıq?

Nədən qorxuruq?

Xoşbəxtlik, gözəl həyat, var-dövlət bizim hər birimizin haqqıdır! Bunu anlayın! Həyat çox qısadır onu boş-boşuna sərf etməyin.

Artıq anlayın ki, istədiklərinizi əldə etmək üçün siz əziyyət çəkməli deyilsiz, heç nəyə görə mübarizə aparmalı deyilsiz bu yanlış düşüncə, yanlış addımdır. Siz mübarizə apardıqca həyat sizi yıxacaq, sürüyəcək. Problemlər daha da artacaq.

Artıq nəyəsə nail olmağa can atmayın! Sadəcə olaraq istədiyinizi həyatdan alın! Həyat sizi idarə etməsin! Siz həyatınızı özünüz idarə edin! Inan ki, bu mümkündür. Və hətta real olan da məhz budur.

Nə qədər nağıla oxşasa da həqiqətdir!

Illər boyu yalnış fikirlərlə yaşamısız. Bunu nəhayət dərk edin! Bu fikirləri atın və Yeni Həyat səviyyəsinə keçin.

Gəlin inandığımız düşüncələrə bir də baxaq. Məsələn.

Biz anadan olanda, hətta omamış artıq bizim taleyimiz yazılıb. Bəxtimizə nə yazılıbsa onu da yaşayacağıq, qismətdən artıq yemək olmaz.  Xeyr!!! Yenə yanlış düşüncə və insanları zombiləşdirən başqa bir səbəb.

Siz qismətinizi özünüz seçmək və həyatınızın qərarlarını özünüz vermək iqtidarındasınız.

Düşüncələrinizi dəyişin və problemlərdən qurtulun!