Özünü qiymətləndirmə.

İnsan nə qədər gözəl geyinsə , gözəl xarici görünüşə malik olsa, həyatda bir çox naliyyətlər əldə etsə və maddi cəhətdən hərtərəfli təmin olunmuş olsa belə, əyər daxilindəki obraz özünü bir şəxsiyyət kimi təsdiq etməyibsə, o heç vaxt özünə əmin ola bilməz, həyatda özünü şəxsiyyət kimi təsdiq edə bilməz. Mütləq şəkildə  ömür boyu komplekslərdən əziyyət çəkəcək və nəticədə xoşbətliyini tapa bilməyəcək. Belə insanlar bəzən öz neqativliyini ətrafdakı insanlara da yansıdır və onların da həyatına təsir edirlər.

Təəssüflər olsun ki ,insana uşaq vaxtı şəxsiyyət kimi baxmırıq, dəyər vermirik  – onun fikirlərini ciddiyə almırıq, dediklərinə əhəmiyyət vermirik, daim kontrol etməyə çalışırıq və mütəmadi olaraq nə etməli olduğunu diktə edirik. Yerli-yersiz, kənar şəxslərin yanında təhqir edirik, danlayırıq, daim başqaları ilə müqayisə edirik, ikinci uşaq olur birinciyə diqqəti azaldırıq, və ya o balacadı sen böyüksən deyib əlindəkin alıb balacaya veririk və s.

Məktəbdə və ya həyətdə incidirlər, özünə qarşı haqsızlıq görür, valideynləri dalaşır, bu uşaqçün böyük travmadı, ən dəhşətlisi isə uşağın yanında ata ananı və ya ana atanı təhqir edirsə uşaq çox böyük stress yaşayır, travma alır.

Nəticədə uşaqda bir çox neqativ keyfiyyətlər əmələ gəlir. Məsələn, özünə güvənsizlik, qorxaqlıq, utancaqlıq, özünə qapanma, paxıllıq, patalojı həssaslıq, nifrət və s. Sevilmədiyini düşünür, ürəyinin sözünü deməyə adam tapmır, fikirləşir ki, onu heç kim başa düşmür, yaşadığı evdə o artıqdı, hamı yaddı və o bu həyatda təkdi.

Bütün bunlar süur altı travmaların yaranmasına səbəb olur.

İnsan formalaşdıqca onun bəzi neqativ keyfiyyətləri də formalaşır, ancaq şüur altı travma şəkilində fəaliyyət göstərməyə davam edir və  hər an, hər saniyə insanın həyatında öz sözünü mənfi anlamda deyir.

Həyatınızda yaranan əksər problemlər məhz bundan qaynaqlanır.

Tək uşaqlıqda deyil, böyüdükdən sonra belə bu hallar davam edir. Başqaları tərəfindən beyninə yeridilən fikirlərin təsiri altına düşür və bu bloklar onun həyatını, hisslərini idarə edir.

Məsələn, bir insana az ye kökəlirsən deyəndə ,o daim kökəldiyini fikirləşir və buna konsentrə olur və əlbəttə ki, kökəlməyə başlayır. Çünki, daim bu haqda fikirləşdikcə məhz onu həyatına çəkir. Hətta yediyi yeməkdən belə zövq ala bilmir. Yaxud, sən bunu bacarmarsan, səndə alınmaz, bu sənlik deyil və s. bu kimi fikirlər insanın özünə inamını aşağı salır, onun beynində artıq bu fikirlər proqlamlaşır. Nəticədə insanda xorxur yaranır, həvəs itir, özünə, gücünə inanmır.

Kopmlekslər yaranır.

Daha çox bu qadınların həyatına təsir edir. Fikir vermisinizsə, daha çox depressiyaya düşən, daha çox ağlayan, hər şeyden tez inciyən, addım atmağa qorxan, hətta sözünü dəməyə belə çəkinən məhz qadınlar olur. Çünki, qadına uşaqlıqdan çox qadağalar qoyulur, bəzən əsassız şəkildə təhqir olunur: “qadının yeri mətbəxdi, qadınlar maşın sürə bilmir, otur uşaqlara bax, qadının məntiqi zəifdir, əsas kişidi, qadın yerini bilməlidir, qadın hər şeyə dözməlidir və s. bu kimi proqramlaşmalar və əksər hallarda, övlad gözləyən və ana olan qadınlar bədən quruluşu korlandıqda bunu özlərinə dərd edirlər, kompleks yaranır, stress yaşayırlar, hətta bəzi ailələrdə qadını işləməyə qoymurlar.Belə hallarda qadının özünə güvəni itir, inamı itir. Və bu gizli şəkildə şüur altinda dərin izlər qoyur və depressiyalara səbəb olur.

Əziz qadınlar, siz dünyanın ən qiymətli və Allahın yaratdığı ən gözəl varlıqsıznız. Həyat sizinlə başlayır. Özünüzə dəyər verin. Özünüzü sevin. Öz gücünüzə güvənin! Sizə yaraşmayan hərəkətlərə yol verməyin. Qürurunuzu heç bir halda itirməyin. Heç bir halda kiminsə sizi alçatmağına, incitməyinə, sizin yerinizə qəraralar verməyinə  icazə verməyin. Həyat sizindir. Onu özünüzə layiq şəkildə yaşayın. Siz güclü və ağıllısınız. Bunu unutmayın. Beyninizə bunu əksini yeritməyə çalışan insanlara əhəmiyyət verməyin. Mübarizə də aparmayın, çünki, mənasız zaman itkisindən başqa bir şey əldə etməyəcəksiniz. Sadəcə şüur altınızdan silin. Təsəvvür edin ki, bu fikirlər sizin beyninizə darışan həşəratlardır və onları qovmalısınız. Bu neqativ fikirləri unudun, özünüz haqqında yalnız gözəl şeylər düşünün və xəyalən yaşayın.  “Qadın böyük qüvvədir” – bu fraza havayı deyilməyib.

Beynimizə həkk olunmuş bloklardan, kodlardan, şüur altı travmalardan necə xilas ola bilərik?! Bunun üçün müxtəlif meditasiyalar vasitəsi ilə şüur altımızı təmizləmək, yeni obraz yaratmaq və affirmasiyalar vasitəsi ilə bunları təsdiqləmək və həyatımızda tədbiq etmək lazımdır.

Bu barədə növbəti video çarxlarda sizə ətraflı məlumat verəcəm.

Bir şeyi unutmayın ki, dünyanın ən dəyərli varlığı insandır. Yaradılan hər şey insan üçündür. Allah məhz insana dərk etmə, düşünmə, təsəvvür etmə, xəyalında nəyisə canlandırma kimi qabiliyyətlər verib. Bu bizi başqa canlılardan fərqləndirən cəhətlərdən biridir. Əyər lazımsız bilməsəydi, yəqin ki, verməzdi. Heç nə səbəbsiz deyil. Bu bacarıqlarınızı dəyərləndirin!

Və bilin ki, siz hər şeyin ən gözəlinə layiqsiniz. Özünüzü sevin, özünüzə dəyər verin. Başqaları üçün yaşamayın. Həyat sizindir və sizə bir dəfə verilir. Sizə əmanət olunan cana əziyyət verməyə və ya onu başqalarına sərf etməyə haqqınız yoxdur!

Həyatı sevin, insanları sevin, bağışlayın, hətta layiq olduqlarını düşünməsəniz belə, çünki, siz bunu öz rifahınız, daxili hüzurunuz üçün edirsiniz, onların deyil.

Özünüzə dəyər verin, cazibə qanunu vasitəsilə həyatınıza yalnız gözəlliklər çəkin. Heç kimə pislik etməyin! Çünki, əvvəldə qeyd etdiyim kimi, düşündüyünüz hər şeyi həyatınıza çəkirsiniz. Sizdən çıxan neqativ enerji bumeranq kimi özünüzə qayıdır. Bunu unutmayın. Həyatı sevin, insanları sevin, işinizi sevin, evinizi sevin, ətrafınızda olan hər şeyi sevin. Çünki, sizdən çıxan sevgi dolu enerji cazibe qanunuyla yenə özünüzə qayıdacaq.

Özünüzə yeni obraz yaradın.Xəyallarınızda canlandırdığınız obrazı şüur altınızda proqramlaşdırın. Və hər gün bu haqda fikirləşin, hiss edin və yaşayın. Bunu nə qədər çox və dəqiq etsəniz, nəticəni o qədər tez əldə edəcəksiniz. Yenə təkrar edirəm, bu sözlər mənimçün, qonşuçün, başaqa insanlar üçün deyil. Məhz sizin həyatınızın yaxşıya doğru dəyişməsi üçündür. Məhz sizin problərinizin bitməsi üçündür.

Vaxtınızı ətrafdakı insanları dəyişməyə sərf etməyin! Özünüzü, daha doğrusu düşüncələrinizi dəyişin və yalnız bu zaman xoşbəxt ola bilərsiniz.