İstəklərimizi düşüncələrimizlə necə gerçəkləşdirək? Cazibə qanunu.

Millionlarla insan artıq cazibə qanununun köməyindən istifadə edir və həyatında müxtəlif uğurlara imza atır.

Cazibə qanununun mövcudluğu faktdır.

Ümid edirəm ki, Sekret filminə hər biriniz baxmısınız, əyər baxmamısınızsa, onda mütləq və mütləq baxmağı tövsiyyə edirəm.

Gəlin baxaq cazibə qanunu nədir və necə işləyir.

Kainatın enerjisi deyilən bir anlam var. Bu enerji bütün kainatı əhadə edir. Həmçinin bizi əhatə edir. Insanınsa “düşünmək” kimi bir qabiliyyəti var. Beynimizdə hər hansı bir fikir formalaşdıqda, bu haqda düşünməyə başlayırıq və biz bu an kainatın enerjisinə qoşuluruq və haqqında düşündüyümüz hər şeyi həyatımıza çəkirik. Bu cazibə qanunudur.

Cazibə qanunu daim işləyir. Bundan xəbərsiz olan insan daim problemlərini, qayğılarını, qorxularını, ehtiyaclarını və digər şikayətlərini düşündükcə onları həyatına çəkməyə davam edir. Siz bundan qaça bilmərsiniz. Yalnız bir yolu var. Stop deyin! Fikirlərinizi dəyişin. Təsəvvür edin ki, bütün problemləriniz artıq həll olub, hər şey yaxşıdı, həyat gözəldir, siz xoşbəxtsiniz. Və fikrinizi yalnız buna cəmləyin. Heç bir neqativ fikirlərlə onu bloklamayın.

Yalnız cazibə qanununun işləmə prinsipini başa düşəndə, insan həyatında baş verənləri idarə etməyə başlayır. Həyatını yalnız bu zaman yaxşıya doğru dəyişə bilir.

Məsələn deyək ki, artıq çəkiniz var. Müxtəlif pəhrizlər, idman, aclıq və s. hər şeyi yoxlayırsınız. Çeki gedir və təzdən qayıdır və yaxud da heç getmir. Niyə belə olur?

Çünki, hər zaman artıq çəkinizin olduğuna konsentrə olursunuz. Ancaq bunu düşünürsünüz.Və düşündükcə həyatınıza çəkirsiniz. Nəticədə artıq çəkidən azad ola bilmirsiniz.

Siz istədiyinizi ala bilmirsiniz. Çünki, həmişə istədiyinizi deyil, hal-hazırda olduğunuz vəziyyəti düşünürsünüz.

Unutmayın kainat həmişə HƏ deyir! Yəni siz nə fikirləşsəniz o HƏ deyəcək.

Fikriniz son nəticəyə cəmlənməlidir. Yəni uğurlu nəticəyə, istədiyiniz nəticəyə.  Siz artıq çəkinizin olduğunu yox, istədiyiniz bədən quruluşuna sahib olduğunuzu düşünməlisiniz. Hətta olmasanız belə.

 

Bir şeyi yadınızda saxlayın ki, cazibə qanununun öz fikri yoxdur. Siz nə düşünsəniz onu sizə qaytaracaq. Yaxşı və ya pis.

Neqativ düşünmə vərdişinizi sadəcə olaraq, pozitiv düşünməklə əvəz edin.

Istəsəniz də, isməsəniz də, qəbul etsəniz də, etməsəniz də, inansanız da, inanmasanız da  fikirləşdiyiniz hər şeyi, qeyri-ixtiyari həyatınıza çəkmiş olursunuz.

Hər hansı bir neqativ fikri ani olaraq beyninizdən keçirsəniz, onu belə həyatınıza çəkmiş olursunuz.

Əyər pul sıxıntısı çəkirsinizsə , buna görə həyəcan keçirirsinizsə, qocaldığınızı fikirləşirsiniz və narahat olursunuzsa, yaxud sevdiyiniz insanın sizi sevmədiyini düşünürsünüz və təlaşa düşürsünüzsə, kiminsə başına pis bir hadisə gəlir və bu sizi sarsıdırsa, elə bu an həmin şeyləri maqnit kimi həyatınıza çəkirsiniz.

Deyilənlər sizi qorxuda bilər amma, narahat olmayın. Buna yaxşı tərəfdən baxın. Əyər neqativ düşüncələrlə həyatınıza neqativ çəkə bilirsinizsə, bu o deməkdir ki, düşüncələrinizin tam əksini- pozitiv düşünməklə həyatınıza daha gözəl şeyləri çəkə bilərsiniz. Yəni bu prinsipdən öz xeyrinizə istifadə edə bilərsiniz.

Başqa bir insan və ya insanlar barədə pis və ya yaxşı düşüncələrinizi belə həyatınıza çəkəcəksiniz. Ona görə də, zəhmət olmasa, başqaları barədə də düşünəndə ehtiyatlı olun. Heç kimə pis şey arzulamayın. Çünki bumeranq kimi özünüzə qayıdacaq.  Belə… biz sizinlə öyrəndik ki, neqativ fikirlərimizi pozitivlə evəz edirik, düşümək qabiliyyətimizi işə salırıq və kainatın enerjisindən istifadə edərək həyatımıza yalnız və yalnız yaxşı şeyləri çəkirik. Bəs bu prosesi necə gücləndirə bilərik?

– Bu zamanda emosiyalarınızı  işə salın. Çünki, istədiyiniz bir şeyi həyatınıza fikirlərinizlə çəkirsinizsə, eyni zamanda bunu sevinərək etsəniz və hətta əldə edəcəyiniz hər hansı bir şeyin xoşbəxtliyini artıq indidən yaşasanız bu prosesi daha da sürətləndirəcək.

Təsəvvür etsək ki, düşüncələrimiz avtomobildir, onda emosiyalarımız yanacaq rolunu oynayır.

Sual verə bilərsiniz ki, əyər bu belə asandırsa, onda niyə bu qədər insan problem içində boğulur?

Cavab verirəm:

– Çünki, əksər insanlar cazibə qanununu qəbul etmirlər. Inanmırlar. Onlara real yaşadıqlarına, bu günə kimi öyrəndiklərinə inanmaq daha rahatdır. Baş verənlərə görə özlərini günahlandırmaq istəmirlər və yaxud bütün bunların səbəbinin öz fikirləri olmağını absurd hesab edirlər. Günahı ətrafdakılarla, cəmiyyətlə, baş verən müxtəlif hadisələrlə bağlayırlar. Hətta bunun bir tale yazısı olduğuna belə inananlar var. Əslində absurd məhz budur. Amma təəssüf ki, bunu dərk etmək o qədər də asan deyil. Insanları illər boyu, əsrlər boyu inandığı şeylərin əksinə inandırmaq çətindir. Hamı özünü ağıllı hesab edir, nəticə də problemləri bitmir və başlayıllar hər kəsi günahlandırmağa.

Xoşbəxtlikdən cazibə qanunu elə bir sistemdir ki, hətta inanmadan belə onun prinsiplərinə əməl etsəniz yenə uğur qazana biləcəksiniz.

İkinci bir səbəb odur ki, insan bir müddət pozitiv düşünür istədiyi şey olmadıqda ümidini itirir və bir saniyəlik də olsa negativ düşünür və bu süur altını bloklamağa kifayət edir.

Sizin süuraltınızı maraqlandırmır siz nəyə inanırsız, nəyə yox. Əsas süur altınızın nəyə inanmağıdır.

Yenə xatırladıram, cazibə qanununun öz fikri yoxdur. Siz nə düşünsəniz, nə hiss etsəniz onu sizə qaytaracaq. Yaxşı və ya pis. Çünki, kainat həmişə HƏ deyir.

İndi sizə verəcəyim suallara düzgün, konkret və özünüzü aldatmadan cavab verin. Bu cavablar mənimçün deyil, sizinçündür. Verdiyiniz cavablar əsasında dediklərimi daha aydın başa düşəcəksiniz.

  1. Ətrafdakı insanlarla – yaxınlarınızla və ya qohumlarınızla münasibətiniz necədir?
  2. Sevdiyiniz insanla münasibətiniz necədir?
  3. Dostlarınız necə insanlardır?
  4. Ailə üzvlərinizlə necə rəftar edirsiniz?
  5. Gəliriniz sizi qane edirmi?
  6. İşinizdən razısınızmı?
  7. Bəs sağlamlığınızdan?
  8. Bədən quruluşunuzu, ümumiyyətlə xarici görünüşünüzü bəyənirsinizmi?

 

Baxın verdiyiniz cavablar sizin daimi olaraq düşündüklərinizdir. Və hazırda yaşadığınız reallığı məhz bu düşüncələr sizinçün yaradıb.

Əyər bu fikirlərinizlə yaratdığınız hazırkı reallığınız (real həyatınız) sizi qane etmirsə onda fikirlərinizi dəyişməlisiniz.

Başa düşməlisiniz ki, siz orqanik materiya deyisiniz. Insan övladı hər şeyə qadirdir. Hələ xəbəri yoxdur ki, daxilində gizli bir potensiala sahibdir. Allah bizim hər birimizə düşünmə qabiliyyəti verib. Və bu bacarığımızla biz həyatımızı gözəlləşdirə bilərik. Onsuzda beynimiz dayanmadan düşünür. Bizim öhdəmizə düşən pis şeyləri deyil ancaq yaxşı şeyləri düşünməkdir.

Gözlərinizi əllərinizlə bağlayıb qaranlıqdan şikayət etməyin. Özünüzə barama qurub onun içində yaşayırsınız. Çıxın o baramanın içindən! Gözəl, azad və qayğısız bir kəpənək kimi.

Qalan ömrünüzü ürəyiniz istədiyi kimi yaşayın. Siz ən gözəl şeylərə layiqsiz!

Bunun ən asan və real yolunu sizə deyirəm-özünüzə xəyali bir həyat portreti çəkin. Yaşamaq istədiyiniz, içində olmaq istədiyiniz həyatı xəyalınızda canlandırın. Və o həyatı xəyalən yaşayın. Bu xoşbəxtliyi hiss edin. Hər gün 15-20 dəqiqənizi buna ayırın və qoyun bu sizdə vərdiş halını alsın. Inanın ki, bu meditasiyanı nə qədər içdən etsəniz o qədər tez və 100% nəticəyə nail olacaqsınız.

 

P.S. Arzu edərkən ehtiyyatlı olun sözlərinizi diqqətlə seçin ki, həyatınıza yanlışlıqla pis şeylər çəkməyəsiniz.

Məsələn bir qadın uşağını həkimə aparır. Həmin həkimin qəbulunda dəhşətli növbə olduğunu bilir və sükan arxasında cazibə qanunundan istifadə etmək qərarına gəlir və deyir:

– Qoy məndən əvvəl növbədə 1 nəfər olsun. Mən ikinci olum. Məndən sonra lap insan ordusu olsun bu məni maraqlandırmır. Əsas odur ki, məndən əvvəl bir nəfər olsun.

Xəstəxanaya çatanda gözlərinə inanmır. Həqiqətən də, növbədə yalnız bir nəfər olur.

Məsələ burasındadır ki, həkim təcili əməliyyata girməli olur və əməliyyat iki saat çəkir. Bu müddət ərzində qadın gözləməli olur və onun arxasında növbə gözləyən insan ordusu yaranır, özü növbədə ikinci olmasına baxmayaraq iki saat gözləməli olur.

Bax belə. Ona görə də, arzu edərkən diqqətli olun.

 

Bu elm 100 illər ərzində müdrik və varlı insanlar tərəfindən istifadə olunub. Artıq siz də bu elmə sahib oldunuz. Və bu dəqiqədən etibarən həyatınızı istədiyiniz kimi qurmaq iqtidarındasınız. Sizə uğurlar!!!