İstəklərimizi daha tez necə əldə edə bilərik? Vibrasiya qanunu.

Gəlin baxaq, bizim arzularımız Kainata – Allaha necə çatır və necə olur ki, bəzi arzularımız tez yerinə yetir, bəziləri gec.

Burda siz vibrasiya qanunnuyla rastlaşacaqsınız. Insanın ətrafında onu əhatə edən və daim hərəkətdə olan vibrasiyalar mövcuddur. Biz düşündükcə müxtəlif hisslər yaşamağa başlayırıq və emosiyalar yaranır. Bu emossiyalar enerji şəklində ətrafımızdakı vibrasiyaya ötürülür, oradan da kainata. Və bu enerji emosiyalarımızdan aslı olaraq bizə nəticə şəklində qayıdır. Bizdən müsbət enerji çıxıbsa müsbət nəticə, mənfi enerji çıxıbsa mənfi nəticə alırıq. Əyər biz müsbət düşünürüksə amma deyək ki, ya inanmırıq, ya içimizdə təlaş var, qorxu var belə olan halda biz mənfi enerji ötürürük. Və ya əksinə. Çünki, düşüncə və emosiyalar bir-birini tamamlamır.

Başqa sözlə desək, vibrasiya qanunu cazibə qanununun tikinti materialıdır. Hər şey bu tikinti materialının keyfiyyətinə görə deyişir.

Bəzən sual verirlər ki, mən artıq uzun müddətdir ki, arzularımı, almaq istədiyim nəticəni düşünürəm bəs niyə hələ də nəticə əldə edə bilmirəm?

Buna səbəb məhz düşüncələrinizlə emosiyalarınızın bir-birini tamamlamamasıdır.

Müsbət düşüncə + müsbət emossiya = müsbət nəticə.

Bu düsturu yadınızda saxlayın.

Həyatda insanı üzəcək hadisələr tez-tez olur – bədbəxt hadisələr, xəstəlik, itki, pulsuzluq, kimininsə övladı olmur, kimsə ailə qura bilmir, kimsə işini itirir və s. Bu cür hadisələrlə üzləşən insanlar daim fikirli, kədərli olurlar və bu vaxt onlar neqativ enerji ötürürlər. Nəticədə vəziyyət düzəlmir əksinə getdikcə daha da pis olur. Problem ardınca problem başlayır. Və stress bitmir.

Bir şeyi bilin ki, siz nə qədər stress içində olsanız o qədər problemləriniz artacaq. Onsuz da fikir çəkməklə heç kim problemini həll edə bilməyib. Və bir anlıq düşünün ki, bəlkə də belə olmaqda bir xeyir var. Bəlkə bu son yeni bir başlanğıcdır…

Unutmayın ki, düşündüyünüz zaman nə hiss edirsinizsə – qorxu, təlaş, inamsızlıq, əsəb, stress və ya başqa bir neqativ hiss məhz həmin hissləri vibrasiyalar enerji şəklində kainata ötürür və eynisini sizə geri qaytarır.

Nə qədər çətin olsa da, pozitiv düşünməyə başlayın. Sonra atacağınız addım 100% məsuliyyət və 100% öhdəlik götürmək və cazibə qanunundan istifadə etməkdir. Bu vəziyyətdən yeganə çıxış yoludur. Siz hələ ölməmisiniz, həyatınız davam edir. Və siz ən yaxşıya layiqsiniz. Özünüzü sevin və özünüzə dəyər verin.

100% məsuliyyət və 100% öhdəlik nədir və  Özünü q barədə növbəti video çarxlarda məlumat verəcəm.

Bəzən insan bir şeyi arzulayır, amma hiss edir ki, belə deyək, ürəyinin səsi bunun düzgün olmadığını deyir. Əhəmiyyət vermədən arzulamağa davam edir. Bu zaman düşüncə və hisslər bir-birini tamamlamır. Nə baş verir?

– Ya istədiyini ala bilmir.

– Ya da neqativ nəticə əldə edir.

Bununçün də, düşüncələrinizin gücüylə həyatınıza nəyisə çəkirsinizsə, əvvəlcə fikirləşin. Bu sizə lazımdır, istədiyiniz məhz budur ya yox?!

Sonra əhvalınızı düzəldin. Arzularınızı diqqətlə seçin. Sakit və rahat vəziyyətdə, düşünməyə və hiss etməyə başlayın.

Hətta yaza da bilərsiz. Çünki yazdıqca insan düşünməyə başlayır. Düşündükcə hiss edir. Hiss etdikcə emossiyalar yaranır və emossiyalar da enerji şəklində vibrasiyaya ötürülür.

Əyər emosiyalarınızı konrol edə bilmirsinizsə, özünüzə suallar verin.

– Mən indi nə hiss edirəm? (əsəb, qorxu, həyəcan, nifrət, inamsızlıq və s.)

– Hansı fikirlər məndə bu hissləri yaratdı?

– Nə fikirləşim ki, sakitləşim, bu neqativ emosiyalar məni tərk etsin?

Bəzən insan içində kin, qəzəb, qorxu, özünə inamsızlıq duyğuları bəsləyir. Və bu duğular ona ciddi problemlər yaradır, rahat yaşamağa və arzularına çatmağa imkan vermir. Öz xoşbəxtliyiniz və rifahınız üçün bu hisslərdən və duyğulardan qurtulmaq lazımdır.  Bu barədə növbəti video çarxlarda sizə məlumat verəcəm.