Düşüncə gücü nədir və nələrə qadirdir?

Salam. Yeni Dünyaya açılan Qapılara xoş gəlmişsiniz! Hər birinizi salamlayıram! Düzgün seçim etdiyiniz üçün sizi təbrik edirəm!

Bu video çarxda biz sizinlə düşüncə gücü haqda danışacayıq.

Hər bir insanın daxilində gizli potensialı var. Sizin özünüzün heç xəbəriniz yoxdur ki, bu potensialın gücü nələrə qadirdir. Allah hər birimizə düşünmə qabiliyyəti verib. Və bu qabiliyyətin köməyi ilə insan öz həyatını yartamağa qadirdir.

İnsan öz həyatının skulptorudur, rəssamıdır, arxitektorudur, bir sözlə yaradıcısıdır.Bu günkü reallığımızı biz düşüncələrimizin gücüylə özümüz yaratmışıq!

Hər birimiz uşaqlıqda bir rol almışıq və o rolu oynamışıq. Və hal-hazırda da xəbərimiz olmadan həmin rolu oynamağa davam edirik. Bəlkə bəziləriniz bilirsiz, bəzilərinizinsə heç xəbəri belə yoxdur ki, bu gün yaşadıqlarımız uşaqlıqda yaşadığımız və aldığımız hər bir travmanın nəticəsidir. Bəlkə siz o travmaları heç xatırlamırsınız. Amma onlar sizin süur altınızda mövcuddur. Və hər saniyə özünü biruzə verir.

Heç kəs deməsin ki, “mənim uşaqlıqda heç bir problemim olmayıb” bu mümkün deyil. Ən gözəl və mərhəmətli valideynlərə, zəngin bir uşaqlığa sahib olsanız belə travmalar almısınız.

Və onlar sizin süur altınıza həkk olub, bu günkü həyatınızda özünü göstərir.

Və yaxud uşaqlıqda aldığı travmalara görə süurlu şəkildə nə qədər əziyyət çəkən insanlar var?! Unuda bilmirlər. Həyatda xoşbəxtlik tapa bilmirlər, yaşaya bilmirlər. Hər cüzi bir şeydən küsürlər, depressiyaya düşürlər. Tez-tez ağlayıllar.

Nə qədər ki, biz bu travmaları süur altımızdan silməməşik, onlar hər an, hər saniyə həyatımızda özlərini xatırladacaqlar.

Insan nə vaxt həyatını kontrol edə bilər və öz reallığını yaratmağa qadir olar?

Möcüzə o vaxt baş verir ki, insanlar alışdıqları stereotipləri sındırsınlar. Nəyə necə nail olacaqları barədə deyil, artıq nailiyyət barədə düşünsünlər.

Əyər bir şeyi çox istəyirsinizsə, bütün varlığınızla onu əldə etməyə can atırsınızsa və xəyalən hər gün beyninizdə canlandırırsınızsa gec-tez siz istədiyinizi əldə edəcəksiniz. Sizdən tələb olunan heç bir halda bədbinliyə qapılmamaq və ümidinizi itirməməkdir. Pozitiv düşünmək, artıq xoşbəxtliyi hiss etmək və xəyalən də olsa yaşamaq və yalnız irəliyə addımlamaqdır. Unutmayın ki, düşüncələriniz bumeranqdır və sizə qayıdacaq.

İnsanın real həyatı onun “proyektorunun” gəstərdiyi filmdən ibarətdir. Nə çəksəniz onu da görəcəksiniz. Problem ondadır ki, insanlar hər şeyi tərsinə edirlər. Onlar görüb sonra çəkirlər, çəkib sonra baxmırlar.

Reallıq bizdən aslı olmayaraq mövcuddur. Nə qədər ki, biz onu olduğu kimi qəbul edirik.

Yalnız formasını o vaxt dəyişir ki, biz düşüncələrimizi dəyişirik və düşüncələrimizin gücüylə reallığa təsir edirik.

Rus dilində belə bir deyim var:

Заведите себе «идиотскую» привычку радоваться неудачам. Это гораздо веселей, чем раздражаться и ныть по любому поводу.

Əyər içində olduğunuz neqativ bir vəziyyət, əhval-ruhiyyə və ya stress sizə pis təsir göstərməyə başlayırsa, bunu tez kontrol etməyi öyrənin. Təcili olaraq fikirlərinizi, düşüncələrinizi dəyişin və bu vəziyyətdə pozitiv axtarın. Təsəvvür edin ki, sizdə yaranmış olan bu neqativ enerji bumeranqdır, həmin enerji sizdən necə çıxacaqsa, eləcə də sizə qayıdacaq. Əyər siz bu neqativ enerjini pozitivlə əvəzləyə bildinizsə, onda sizə bumeranq kimi qayıdan pozitiv enerji olacaq.

Ən çətini də elə budur. Inasanlar öz düşüncələrini idarə etməyi bacarmırlar. Hərəkətlərimizi idarə edə bilirik, amma düşüncələrimizi idarə edə bilmirik.

Gəlin xatırlayaq nə qədər olub ki, biz “sabaha qalsın, sonra edərəm, o da olacaq, nə vaxtsa olacaq, gec-tez olacaq” demişik və bu sabahlar, sonralar, olacaq, nə vaxtsa ömrümüz boyu uzanıb. Bu sonraya saxlamaqlara son qoymağın vaxtı artıq çatıb. Həyatımızda baş verən hər hansı bir hadisə, məsələn ağır xəstəlik baş verir, pul sıxıntısından əziyyət çəkirsiz, xəyanətlə üzləşirsiz, ailəniz dağılır, övladınız olmur, ailə qura bimirsiz, tək yaşamaqdan bezirsiniz, eyni şeyləri yaşamaqdan bezirsiniz, valideynlərinizlə və ya övladlarınızla dil tapa bilmirsiz, iş yerində problemləriniz var, xarici görüşünüz sizi qane etmir və s. hadisələr  sizin xəbəriniz olmadan sizi, həyatınızı kontrol etməyə başlayır. Hətta sizinçün ciddi problemlər yaradır.  Bəzən siz sanki yuxuda olursunuz və oyananda ya gec olur, ya da oyanmağa qorxduğunuzçün bu vəziyyətdə olmağa davam edirsiniz. Təəssüf ki, heç nə öz-özünə düzəlmir. Biz nəticədə depressiyaya düşürük, ətrafımızda günahkarlar axtarırıq, göz yaşlarında təsəlli tapırıq, özümüzə qapanırıq. Hətta özünə qəsd edən insanlar da tapılır. Çətinliyə düşən kimi hamıdan kömək gözləyirik. Kömək görmədikdə küsürük və bunu da növbəti udar kimi qəbul edirik.

Bütün bunlara səbəb nədir? Iradəmiz zəifdir, bəlkə artıq hər şeydən yorulmuşuq? Gücümüz qalmayıb?

Bəlkə düzgün yaşamağı bacarmırıq?

 

Bir şeyi yadda saxlayın:  “İnsan düşüncələrinin gücü ilə hər şeyə qadirdir”.

Hər kəsin arxalanacağı, kömək tapacağı yalnız bir varlıq var o da insan özüdür. Özünüz özünüzə kömək etməsəniz, düşdüyünüz vəziyyətdən özünüzü çıxarmasanız heç kim bunu sizin əvəzinizə etməyəcək. Yetər ki, siz bunu anlayın və doğru yolu seçin.

Şüurlu şəkildə qəbul edin ki, bu vəziyyətiniz sadəcə olaraq beyninizdəki informasiyadır. Düşüncələrinizlə həyatınıza çəkdiyiniz situasiyalardır. Siz onları silməlisiz. Süuraltınızı bütün informasiyalardan, bloklardan, neqativ fikirlərdən təmizləməlisiniz ki, sıfır vəziyyətini ala biləsiniz. Və yalnız bundan sonra həyatınıza yaxşı şeylər cəlb edə bilərsiniz.

Təsəvvür edin ki, həyatınız lövhədir. Üzəri yazılarla dolu lövhə. Bu yazılar xaos yaradır və xoşbəxtliyiniz üçün tıxac rolunu oynayır. Nə etməlisiniz? Lövhəni təmizləməlisiniz. Təmiz və ağ lövhəyə artıq sizə lazım olan və xoşbəxtlik gətirən informasiyalar yazmalısınız. Siz düşüncə gücünüz vasitəsilə həyatınıza pul, sevgi, sağlamlıq, xoşbəxtlik və istədiyiniz nə varsa hamısını cəlb edə bilərsiniz.

 

Bu sadaladıqlarımın hər birini əldə etməyin yolları var.